adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Iyul 2019 17:20
20426
ƏDƏBİYYAT

Başsız heykəl

(hekayə)

Kəndimizinkolxozu Marksın adını daşıyırdı. Di gəl ki, kənddə çox adam Marksın kimliyindənxəbərsiz idi. Heç sədr İsa da bilmirdi ki, Marksa nəyə görə dahi deyirlər. Ammakolxozun idarə binasının həyətində Marksın heykəli ucaldılan gündən sədr İsagözətçi Dadaşı yanına çağırıb dönə-dönə tapşırmışdı ki, o kişinin heykəlinigöz-bəbəyin kimi qoru. Elə qoru ki, böyür-başına mal-qara sürtüşməsin. Göydəuçan quşlar həyasızlıq eləyib üst-başını batırmasın. Gözətçi Dadaş da elə himəbənd idi. Kimin mal-qarası heykəlin həndəvərinə yönəlirdisə, aparıb ac-susuzsaxlayırdı kolxozun tövləsində. Yiyəsi gəlib cəriməsini ödəyənə qədərmal-qaraya zulm eləyirdi. Hələ ki, quşlara əli çatmırdı... Adamlar gedib sədrİsaya nə qədər şikayət etsələr də, sözləri ötmürdü...

GözətçiDadaş hər gün eyni həvəslə gəlib bu heykəlin böyründə dayanırdı. Özü də bu heykələelə həvəslə baxırdı ki, guya birinci dəfə görürdü. Gözətçi Dadaş bir dəfəpoçtalyon Əzəli yanlayıb soruşmuşdu ki, kim bilməsə də sənin xəbərin olar: - Görəsən bu kişinin əsl peşəsi, sənəti nəolub?

PoçtalyonƏzəl çantasını çiynindən çıxarıb kənara qoydu ki, gözətçi Dadaşaarxayın-arxayın cavab versin: – Vallah mən də bizim kəndin tarix muəllimindəneşitmişəm ki, Marks böyük iqtisadçı olub. Amma bu cavab gözətçi Dadaşın ürəyincəolmadı. Yadına kolxozun iqtisadçısı çəpgöz Vəliş düşdü. Və dərhal soruşdu ki, yənibizim çəpgöz Vəliş kimi.

PoçtalyonƏzəl də məzəsindən qalmadı: yox e, çəpgöz Vəliş böyük adamdı, baş iqtisadçıdır.Bunu deyəndən sonra əlini-əlinə sürtüb öz gülüşü ilə doyunca güldü. Uzun illəridi gözətçi Dadaş bu heykələ görə o qədər mal-qaranı danlamışdı ki... Elə ovaxtlar da Marksın bəxti gətirmirdi. Kəndin mal-qarası gəlib onun əl-ayağınasürtüşürdü.

Gözətçi Dadaş bir dəfə naşılıq eliyib sədr İisanın dacamışını danlamışdı. Bu xəbər sədr İsanı bərk əsəbləşdirmişdi. Elə heykəlinböyründəcə gözətçi Dadaşın yaxasından yapışıb demişdi ki, mənim heyvanım da səndənağıllıdır, yolunu azmısan, yalın artıq düşüb, heyvan oğlu heyvan...

Sədrİsa gözətçi Dadaşı söyə-söyə bir qədər yüngülləşirdi, hirsini-hikkəsinisovuşdururdu. Gözətçi Dadaş girəvə tapıb günahı özündən yayındırırdı,mal-qaranı lənətləyirdi ki, çər dəymişin hamısı bir-birinə bənzəyir.

Heykəlinhəndəvərindəki ağaclara da gözətçi Dadaş qulluq eliyirdi. Və ağaclar böyüyə-böyüyəMarksın heykəlindən hündür görünürdü. Belə-belə şeylər də sədr İsanın gözündənyayınmırdı. Hər il o ağacların başını vurdururdu ki, Marksın boyundan yuxarıqalxmasınlar.

GözətçiDadaş heykəlin böyründəcə səssiz-səmirsiz dayanmışdı. Ayağındakı nimdaş qaloşunucu ilə toyuq kimi torpağa eşənək vururdu. O tərəfdə qarğı atlarını səyridən kənduşaqlarının gur səsi eşidilirdi: - Dadaş-Dadaş kəlləbaş, yarısı quru, yarısıyaş...

GözətçiDadaş sədr İsaya cavab qaytarmasa da, uşaqların qarasınca deyinirdi: - İtuşağı, it, kəndin sözünü deyirlər. Əslində kənd uşaqlarına fərqi yox idi. Hərəyəbir söz qoşub məzələnirdilər. Heç sədr İsanın özünü də dincə qoymurdular.Ardınca qışqırırdılar ki: - İsa – quyruğu qısa...

Günlərinbir günü kəndə xəbər yayılmışdı ki, Marksın heykəlini uçururlar. Adamlar bu xəbərinsorağına elə yığışırdılar ki, guya yas yerinə tələsirdilər. Elə bil Marksınölüm günüydü. Heykəlin başını bədənindən ayırıb bir zibil maşınına yükləmişdilər.Əsrin dahisinə zulm eliyirdilər. Kənd adamları kənardan dayanıb mat-matbaxırdılar. Bir vaxtlar sədr İsa bu heykəlin böyründəcə alovlu nitqlər söyləyərdi,məktəblilər şeir deyərdi. Onda Marksın bəxtəvər günləri idi...

Marksınbaşını bir zibil maşınına yükləyəndən sonra nədənsə bədəninə toxunmadılar. Hərəbir söz uydururdu. Deyirdilər ki, sədr İsanın almadığı orden-medal qalmayıb. Təkcəheykəli çatışmırdı. Axırda Marksın yerinə göz dikdi. Nədənsə belə uydurmalar məktəbintarix müəllimini daha çox əsəbləşdirirdi: - Sən Allah, sədr İsanı o boyda dahiyətay tutmayın, gülməli danışmayın. Bunu deyəndən sonra gileyli-gileyli əliniyellədi:- Süleymana qalmayan dünya Marksa da qalmadı, - dedi.

Kəndintarix müəllimi başı bədənindən ayrılan heykələ baxa-baxa universitetdə oxuduğuilləri xatırladı. Əziz müəllim yadına düşdü. Dialektik materializmdən dərsdeyirdi. Bəlkə də Marksı dədəsindən çox istəyirdi. Marksdan elə danışırdı ki,guya "Kapital” olmasaydı, dünya dağılardı. Amma o boyda dahinin heykəliniuçururdular, başını bədənindən ayırırdılar heç nə dəyişmirdi. Dünya öz işindəydi.Kənd adamları elə bil kinoya baxırdılar.

Sədrİsa Marksın başsız bədəninə baxıb dərindən köks ötürürdü: - Deyəsən kolxozoyununun axırıdı. O boyda kişini urvatsız eliyirlərsə, bizi silib-süpürməyə nəvar ki...

Eləhəmin gün kənd məktəbinin həyətində Leninin heykəli də başsız qalmışdı. Hələ dəəllərini havada yelləyirdi. Kommunizmin yolunu göstərirdi. Amma dahi rəhbərinbaşını zibil maşınına yükləyəndən sonra uşaqlı-böyüklü hamı inanmışdı ki, dahakommunizm olmayacaq...

Sədrİsa ipə-sapa yatmayanda, həddini aşanda bu kəndin adamları Leninin movzeleyinəşikayət məktubu yazardılar. Dərdlərinə əlac tapmayanda Həsənbalanın çayxanasınayığışıb movzeleyin hökmündən danışardılar. Poçtalyon Əzəl deyirdi ki: - Zarafatdöyül, kişinin ölüsü də adamların köməyinə çatır. O boyda mərkəz bir balaca kəndindərdinə əlac axtarırdı...

...Kəndinpaxmel Mirğanısı Leninin havada yellənən əllərinə baxa-baxa gileyli-gileylideyinirdi. Deyirdi ki, bu dünyanın dahisini də urvatsız etdilər. Qızıldan qiymətlibaşını bir zibil maşınına yükləyib Allah bilir hara apardılar: - Dağıl a,dünya..

Adamlargah Leninin başsız heykəlinə baxırdılar, gah da paxmel Mirğanının çıxardıöıoyunlara. Axırda paxmel Mirğanı üzünü adamlara tutub: - Dağılışın a qağa, -dedi. –Bu kinoya da belə baxdınız. Əslində bu kənd o qədər belə kinolarabaxmışdı ki... Bunu deyəndən sonra paxmel Mirğanı üzünü sədr İsaya tutub: - Barisən sevinmə, a qağa. Allah bilir səni nələr gözləyir...

PaxmelMirğanı belə deyəndən sonra sədr İsa dönüb yaxasındakı orden-medallara baxdı. Vəbu medalların üstündə Leninin şəkillərindən başqa heç nə görmədi. Bir istədiki, o medalları da çıxarıb atsın zibil maşınına, amma əli gəlmədi. – Dünyanınişlərini bilmək olmaz, - dedi...

Adamlarbaşsız heykəllərə baxa-baxa qalmışdılar. Gözətçi Dadaş ha fikirləşirdi Marksınbaşına tay tapa bilmirdi. O biri tərəfdən də öz dərdinə əlac axtarırdı: - Bu gün sabah sədr İsa məni bu həndəvərlərdənqovacaqlar ki, daha heç nəyə yaramırsan, get, özünə iş axtar...

Əslindəsədr İsa da başını itirmişdi. Başsız heykəllərə oxşayırdı. Gizli-gizli günlərinisayırdı. O günü gözləyirdi ki, gəlib desinlər ki, kolxoz muzeylikdir. GözətçiDadaş da öz-özünə fikirləşirdi ki, daha başsız heykəllərə gözətçi gərəkdeyil...