Baş Prokurorluğa yeni idarə rəisi təyin edilib
Baş Prokurorluğa yeni idarə rəisi təyin edilib.
Baş prokuror Zakir Qaralov bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Elşən Abbasov tutduğu vəzifədən azad edilərəkBaş Prokurorluqda Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri,Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinat barədə məlumatıAPA-ya təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün əvvəlBaş Prokurorluqda Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri,Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Rasim Hacıyev tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyin edilib.
apa
Digər Xəbərlər
29 Aprel 2024 16:43
ABŞ səfiri Qırmızı Qəsəbə kəndində olub
29 Aprel 2024 16:26Havanın temperaturu iqlim normasından yüksəkdir
29 Aprel 2024 15:45Azad edilmiş ərazilərdə aşkar edilən minaların sayı açıqlanıb
29 Aprel 2024 15:20Voskanyan istefa təkifi: Bizə hakimiyyət dəyişikliyi, bacarıqlı və milli lider lazımdır"
29 Aprel 2024 13:15