adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Sentyabr 2018 10:01
10111
GÜNDƏM

BAŞ NAZİR HÖRMƏTLİ NOVRUZ MƏMMƏDOVA

Hörmətli Novruz müəllim!

Bir məsələ ilə bağlıSizə açıq məktub yazmaq məcburiyyətində qaldım.Və inanıram ki, Siz mənim bu müraciətimə biganə qalmayacaqsınız.

Bildiyiniz kimi,1748-ci ildə Çingiz xanın nəvəsi, Hülaküxanın oğlu Arqun şahın nəslindən olan Pənah xan doğulduğu Bayat kəndinə (Ağcabədi rayonu) gələrək Qarabağ xanlığının əsasınıqoymuşdur. Və bu il Qarabağ xanlığının 270 yaşı tamam olur. Təəssüfki, televiziya kanallarımız və mətbuat bu məsələyə çox biganə baxır. Bu, onlarınöz işidir. Mənim müraciətim başqa məsələ ilə bağlıdır.

Birneçə kəlmə Bayat haqqında. «Kitab-i Dədə Qorqud» belə başlayır: «Peyğəmbər əleyhüssəlamzamanında Bayat elindən Dədə Qorqud derlər bir ər qopdu». «Dədə Qorqud»udiqqətlə oxuyanda həmin Bayatın məhz Ağcabədiərazisində yerləşən Bayat olduğu öz təsdiqini tapır. Şifahi xalq ədəbiyyatımızadüşmüş Aşıq Vəli (Füzulinin babası) Bayatdadoğulub. XV əsrin tanınmış şairi Bayat Abbas da bu kənddəndir. Dünya poeziyasının peyğəmbərlərindən biri Füzuli də Bayatdandır. Pənah xan, İbrahim xan,Xan qızı Natəvan, Kərim bəy Cavanşir, «Qarabağnamə»nin müəllifi Əhməd bəy Cavanşir,onun qızı, Mirzə Cəlilin həyat yoldaşı Həmidəxanım, yazıçı İslam Fərzəliyev, Rəşid Behbudov bu kəndinövladlarıdı. Bayat XX əsrdə ədəbiyyatımızavə elm aləminə tanınmış şəxsiyyətlər verib. Mən əsasən bütünAzərbaycanın tanıdığı şəxslərin adını çəkdim.


Məsələnədir? Möhtərəm Prezidentimiz İlham Əliyevinapardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin 95 faizi, ən ucqar dağ kəndləri belə, qazla təmin olunub. İnşallah, yaxın zamanlarda bütün ölkəninqazla təminatı başa çatacaq.Və təbii ki, qaz çəkilişi planla həyata keçirilir. Çox təəssüf ki, hələ Bayat kəndinin adı bu plana düşməyib, nə vaxt çəkiləcəyi hələdəqiq bilinmir.

Keçmişdəplanı artıqlaması ilə ödəyəndə təşkilatlarımükafatlandırırdılar, ayrı-ayrı adamlarafəxri adlar verirdilər. Bəlkə biz də qaz çəkilişi planını artıqlaması iləyerinə yetirək və vaxtından əvvəl?

Heçolmazsa, Bayat kəndini istisna etmək olarvə plandankənar ora qaz çəkmək mümkündür. Və onu da deyim ki,Bayatın sağında və solunda həm Ağdamın, həmdə Ağcabədinin kəndlərində (aralarında3-4 kilometr məsafə var) qaz yanır. Bundan başqa, Bayata bitişik, əslinə qalsa Bayatın daxilində yerləşən Biləğanlı kəndində də qaz yanır,amma Bayat kimi qədim və böyük bir kənddəqaz yoxdu.

Ermənilər işğal altında olan Ağdamın Abdal-Gülablı kəndinə qaz çəkdilər. Amma Pənahxanın kəndində qaz yoxdu.

ErmənilərPənah xanın tikdiyi, hazırda işğal altındaolan Şuşada qaz yandırırlar. Amma Pənah xanın kəndində qaz yoxdu.


ErmənilərPənah xanın saldığı Xankəndində qaz yandırırlar.Amma Pənah xanın kəndində qaz yoxdu.

Buda təbii ki, 2000 ildən çox tarixi olan vəbu xalqa böyük dahilər bəxş eləmiş bir kəndin sakinlərininarahat etməyə bilməz.

Hörmətli Novruz müəllim!

Mənözüm də o kənddə doğulmuşam və işimlə əlaqədarolaraq ən azı ayda iki dəfə o kənddəoluram. Bu müraciəti də Sizə Bayat camaatınınxahişi ilə yazıram.

HörmətliNovruz müəllim!

DədəQorqud xətrinə, Aşıq Vəli xətrinə, BayatAbbasın, Füzulinin xətrinə, Qarabağ xanlığının əsasını qoymuş Pənah xanın xətrinə, Xan qızı Natəvanın xətrinə, Kərim bəy Cavanşirin, Əhmədbəy Cavanşirin, Həmidə xanımın, Rəşid Behbudovun xətrinə Bayat kəndinin qazla təminatını bu ildən o yana qoymayın. Qoyun bu Pənah xana bir ehsan olsun.

Əvvəlcədənhəm öz adımdan, həm də Bayat camaatı adındanSizə təşəkkür edirəm.

Hörmətlə:

AqilABBAS.