Baş nazir büdcə müzakirələrinə qatılacaq
Noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət və icmal büdcələrinin layihələri Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Adalet.az-ın məlumatına görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları ilk dəfə 5 gün davam edəcək.
Milli Məclisdəki büdcə müzakirələrinə hökumət nümayəndələri ilə birlikdə Baş nazir Novruz Məmmədovun da qatılacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ilin aprelin 21-də Prezident İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57