adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Oktyabr 2017 14:41
12404
İDMAN

BAŞ MƏŞQÇİMİZƏ YAMAN ÇOX MÜŞTƏRİ ÇIXIB

Nədənsə Azərbaycanmilli futbol komandasının baş məşqçiləri öz vəzifələrini yerinə yetirə bilməyəndəmataha minirlər. Azərbaycan futbolunun anasını ağladan Foqtsa sona yaxın o qədər elçi düşmüşdülər ki,seçim qarşısında özünü itirmişdi. İndi deyəsən işsizdi, özü üçün avaralanır. Balam, bəs o elçilər nə oldu?

San-Marino kimi küçəkomandasından 6 xal almağı ilə lovğalanan, adı dilimə yatmayan Baş Məşqçimizin dəmüqavilə müddəti dekabrın 6-da başa çatır. Baxıram elçilər düzülüb qapının ağzına.Az qala Avropadakı ölkələrin yarısı xahiş edirlər ki, gəlib onların milli komandasınıçalışdırsın. Adı dilimə yatmayan Baş Məşqçimizdə açıqlama verir ki, hələ qəti qərara gəlməmişəm,müraciətləri dəyərləndirirəm.

Amma çox güman ki,elə qalacaq, heç hara getməyəcək. Burdan rahat yer tapa bilər? İnşallah, üzümüzə gələn AvropaÇempionatında da qələbə ilə tarixə düşərik 6 xal da onda alar.