Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcərdə olub - FOTOLAR

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev işğaldan azad edilmiş ərazilərə işgüzar səfər çərçivəsində Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında olub.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror əvvəlcə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində olub. Burada o, müasir və müstəqil Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Ulu öndəri Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq dahi liderin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərini dərin hörmətlə anıb.
Daha sonra Baş prokuror Laçın rayon prokurorluğunun inzibati binasında yaradılmış şəraitlə tanış olub, prokurorluq əməkdaşlarının istifadəsində olan yenicə təmir olunmuş xidməti mənzillərə baxış keçirib.
Səfər çərçivəsində Baş prokuror Qubadlı rayon və Qubadlı hərbi prokurorluğunun xidməti binasında mövcud vəziyyətlə tanış olub, eləcə də, istifadəyə verilməsi planlaşdırılan yeni inzibati binanın təmiri prosesi ilə maraqlanıb.
Səfər çərçivəsində Baş prokuror, Cəbrayıl rayon prokurorluğunun inzibati binasında olaraq prokurorluq əməkdaşlarının iş şəraiti ilə tanış olub, onlarla söhbət aparıb.
Baş prokuror səfər zamanı həmçinin Kəlbəcər hərbi prokurorluğu və Kəlbəcər rayon prokurorluğunun inzibati binalarında yaradılan iş şəraiti ilə də tanış olub, əməkdaşlarla görüş keçirib.
Qeyd edək ki səfər zamanı Baş prokuror Kamran Əliyevi Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Hərbi prokuror Bəhruz Əhmədov, Baş Prokurorluq və Hərbi prokurorluğun rəhbər heyəti müşayiət edib.
Digər Xəbərlər

Rövşən Rzayev Daşkəsəndə vətəndaşları qəbul edib - FOTOLAR

Dalğıc kurslarının buraxılış mərasimi keçirildi - VİDEO

Unun topdansatış qiymətləri açıqlandı

AQTA 19 litrlik qablaşdırılmış suda uyğunsuzluq aşkarladı

"Laçından keçəndə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq" - Zərərçəkmiş şəxs

Dövlət Komitəsinin “qaynar xətt”inə 6 minə yaxın müraciət daxil olub

Qeydiyyatda olan pensiyaçıların sayı artıb
