Baş nazirin əvəzinə səhvən köməkçisini öpdü - VİDEO
Livanın Baş naziri Nacib Mikati ölkəyə səfərə gələn italiyalı həmkarı Girogia Melonini köməkçisi ilə səhv salıb.
Adalet.az “The National”a istinadən xəbər verir ki, hadisə İtaliya nümayəndə heyətinin Beyruta rəsmi səfəri zamanı baş verib.
Belə ki, Mikati italiyalı həmkarını qarşılamaq üçün Beyrut hava limanına gəlib. Bu zaman təyyarədən Melonidən əvvəl onun köməkçisi Patrizia Scurti enib. Livanın Baş naziri onu Meloni zənn edərək qucaqlayıb və öpüb.
Bunun ardınca N. Mikati yol verdiyi səhvlə bağlı məlumatlandırılıb. O, bir neçə dəqiqə sonra təyyarədən edən Melonini eyni qaydada qarşılayıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Digər Xəbərlər
27 Aprel 2024 13:30
Delimitasiyaya etiraz edən erməni hərbçilər məsuliyyətə cəlb olundu - YENİLƏNİB
27 Aprel 2024 13:25Yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq
27 Aprel 2024 13:10Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
27 Aprel 2024 09:17Bu ölkədə daşqınlar onlarla insanın həyatına son qoydu
27 Aprel 2024 09:10