Baş katib: NATO Qara dənizi alyansın məsuliyyət regionu kimi nəzərdən keçirir
Şimali Atlantika alyansı (NATO) Qara dəniz və Baltik dənizini NATO-nun məsuliyyət regionları kimi nəzərdən keçirir.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla NATO baş katibi Mark Rütte mətbuat konfransında çıxış edib.
“Baltikaya, eləcə də NATO-nun digər regionlarına, məsələn Qara dənizə gəlincə, ordakı sualtı infrastruktur daima təhdidlə üz-üzədir”, - deyə Rütte vurğulayıb.
O, NATO ölkələrindən birinə hücum ediləcəyi təqdirdə, qarşı tərəfin “dağıdıcı qarşılıq” görəcəyi barədə xəbərdarlıq edib.


Bakı -°C

