"Barselona"nın yetirməsi bu kluba keçdi

İspaniyanın “Atletik” klubu Robert Navarronu transfer edib.
Adalet.az xəbər verir ki, ispaniyalı futbolçu azad agent kimi heyətə cəlb edilib.
Onunla 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.
Navarro “Barselona” akademiyasının yetirməsidir. Son La Liqa mövsümündə “Malyorka”nın heyətində çıxış edib.