“Barselona” qışda Özili ala bilər
Qış transfer pəncərəsi dövründə "Barselona” "Arsenal”dan Məsut Özili heyətinə cəlb edə bilər.
Adalet.az-ın "Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, alman əsilli türk futbolçu üçün 20 milyon avro təzminat ödəməyə hazırdır. Bu transfer "Barselona”nın "Liverpul”dan almaq istədiyi Felippe Koutinyoya alternativ olaraq həyata keçirilə bilər.
Qeyd edək ki, Özilin "Arsenal”la müqaviləsi 2018-ci ilin yayında başa çatır. Tərəflər müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlməyiblər.
Əgər London təmsilçisi Özili qışda satmasa, bu halda futbolçu yanvar ayından başlayaraq, özünün başqa klublarla danışıq aparmaq hüququndan istifadə edəcək və yayda azad agent kimi istədiyi komandaya keçəcək.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00