“Barselona” Naim Süleymanoğlunu unutmadı
İspaniyanın "Barselona” klubu dünyasını dəyişən Türkiyə çempionu Naim Süleymanoğlunu unutmayıb.
Adalet.az xəbər verir ki, klub tvitter hesabından Naim Süleymanoğluna dair paylaşım edib və Türkiyəyə başsağlığı verib.
Paylaşımda "Biri 1992 "Barselona” olmaqla, üç dəfə Olimpiya çempionu və saysız dünya rekordu sahibi olan Naim Süleymanoğlu vəfat edib. Rahatlıq içində yatsın” sözləri qeyd edilib.
Qeyd edək ki, Türkiyə milli komandasını təmsil edən ağır atlet Naim Süleymanoğlu 7 dəfə dünya, 6 dəfə Avropa çempionluğuna sahib olub, 46 dəfə dünya rekordu qırıb. "Əsrin idmançısı” adlandırılan atlet 3 dəfə də "ilin atleti” seçilib.
O, qaraciyər transplantasiyasından sonra reanimasiyaya yerləşdirilib və şənbə günü orada vəfat edib.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06