“Barselona” Messinin maaşını azaldır
"Barselona” Lionel Messinin maaşını azaldır.
Qol.az-ın xəbərinə görə, bu haqda "El Chiringuito TV” məlumat yayıb. Bildirilir ki, klub prezidenti Jozep Bartomeu yaxın günlərdə kapitanının maaşında ixtisar etməli olacaq. Belə bir qərar hazırkı müqavilədə yer alan bəndə görə veriləcək.
Qeyd edək ki, Messinin "Barselona”da aylıq qazancı 8,3 milyon avro təşkil edir.
Xatırladaq ki, 33 yaşlı argentinalı hücumşunun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. İspaniya mətbuatında yer alan xəbərlərə görə, bundan sonra Messi komandanı tərk edəcək. Digər iddialara görə, kapitanla klubun hazırkı prezidenti Jozep Bartomeunun münasibətlərində möhkəm soyuqluq yaranıb.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00