adalet.az header logo
  • Bakı -°C
03 Dekabr 2025 10:35
40
İDMAN
A- A+

"Barselona" "Atletiko Madrid"i məğlub etdi - VİDEO

İspaniya La Liqasında XV tura start verilib.

Adalet.az xəbər verir ki, “Barselona” doğma meydanda “Atletiko Madrid”lə qarşılaşıb.

Görüş Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 19-cu dəqiqədə qonaqların heyətində Aleks Baena açıb. 26-cı dəqiqədə Rafinya hesabı bərabərləşdirib. Meydan sahiblərinin hücumçusu Robert Levandovski 36-cı dəqiqədə on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib. Dani Olmo 65-ci dəqiqədə “Barsa”nı önə keçirib.

Qarşılaşmada son nöqtəni 90+6-cı dəqiqədə Ferran Torres qoyub.

“Barselona” 37 xalla turnir cədvəlinə başçılıq edir. Madrid klubu isə 31 xalla 4-cü yerdə qərarlaşıb.