adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Aprel 2024 09:02
1678
ŞOU-BİZNES

“Barbi”nin ifaçısı kino prodüseri olacaq

“Barbi” filminin ulduzu  Marqo Robbinin “LuckyChap” prodüser şirkəti “Monopoliya” oyununun ekranlaşdırılması üçün “Lionsgate” kino şirkəti ilə müqavilə bağlayıb.

Onların əməkdaşlığının nəticəsi məşhur stolüstü oyun əsasında filmin buraxılması olacaq.

“Lionsgate”in rəhbəri Adam Foqelson bildirib ki, aktrisanın prodüser şirkəti belə bir filmin yaradılması üçün ideal tərəfdaşdır.

Qeyd edək ki, orijinal oyunun hüquqları “Hasbro Entertainment”ə məxsusdur.

89 illik tarixi ərzində oyun təxminən bir milyard nüsxə satılıb.