Banklar yanvar ayını 500 milyon zərərlə başa vurub
Bu ilin fevralın 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 32 bank yanvar ayını zərərlə başa vurub.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, banklar bu ilin yanvar ayında 496 mln. manatlıq zərərlə üzləşib. Hesabat dövründə banklar faiz gəlirləri 179,8 mln. manat, o cümlədən kreditlər üzrə faizlərdən 130,9 mln. manat təşkil edib.
Bu ilin ilk ayında bankların faiz xərcləri 91 mln. manat olub. Kommersiya bankları depozitlər üzrə faizlərə 35,3 mln. manat sərf edib. Maliyyə təşkilatlarının qeyri-faiz xərcləri 67,4 mln. manat təşkil edib.
Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 212 mln. manat ayırıb.
Ümumiyyətlə, yanvar ayında banklar əməliyyatlar üzrə 282,4 mln. manat zərərə düşüb.
Digər Xəbərlər
29 Aprel 2024 17:06
Mikayıl Cabbarov Əbdülhəmid Əlxəlifə ilə görüşüb - FOTO
29 Aprel 2024 10:53"Bu, satınalmalarla bağlı yeni qaydaların tətbiqilə bağlıdır" - Deputat
29 Aprel 2024 10:24Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO
29 Aprel 2024 09:52Bu günə olan valyuta məzənnələri
28 Aprel 2024 13:12