adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Sentyabr 2017 14:23
13774
GÜNDƏM

BANK SEKTORU İSLAHATLAR TƏLƏB EDİR

Dünyada başqaldıran və hazırda da davam edən qlobal maliyyə böhranı Azərbaycandan yan keçsədə bir sıra sahələrə təsirsiz ötüşmədi. Bu sahələrdən biri bank sektorudur ki,hazırda bu sektorda ciddi problemlər müşahidə olunmaqdadır.

Hesab edirəm ki, bu durum hələ bir müddət davam edəcəkdir.2016-cı illə müqayisə etdikdə bu il bank sektorunda hər hansı müsbətdinamikadan və ya inkişaf perspektivindən danışmaq hələ tezdir. Bir faktı qeydedim ki, son illər ölkədə yaranmış işsizlər ordusunun çoxunu məhz bank əməkdaşlarıtəşkil edir. Son iki ildir problemli aktivlərdə boğulan banklar demək olar ki,öz funksiyalarını tam şəkildə yerinə yetirə bilmirlər. Faktiki olaraq bu günbanklar valyuta dəyişmə məntəqəsi rolunu oynayırlar. Real sektorun maliyyələşdirilməsidemək olar ki, yox səviyyəsindədir. Mərkəzi Bank milli məzənnəni sabit saxlamaqüçün dövriyyədə olan pul vəsaitlərini özündə akkumulyasiya edib.

Nüfuzlu "Fitch” reytinq agentliyi 2017-ci ildə ölkədəkibankların ciddi kapital deifisiti və aktivlərin vəziyyətinin daha da pisləşəcəyininəzərə alaraq bankların maliyyə çətinliyi ilə üzləşəcəyini proqnozlaşdırmışdır.Bu ilin əsas "bombası” təbii ki, ABB-nın Nyu-York məhkəməsinə müraciət edərəközünü defolt elan etməsi və 3 milyard dollar həcmində beynəlxalq öhdəliklərinrestruktrizasiyası və nəticə etibarilə dövlətə ötürülməsi idi. Bundan başqabankın 10 milyard manat həcmində toksik aktivləri "Aqrarkredit” BOKT-naötürüldü. ABB-ni özünü defolt elan etməsi ilə "Fitch” beynəlxalq reytinqagentliyi bankın reytinqini xarici valyutada emitentin uzunmüddətli defoltreytinqini "CCC ” səviyyəsindən "RD” (Məhdud defolt) səviyyəsinədək endirib,bankın dayanıqlılıq reytinqi "F” səviyyəsində saxladı. Beynəlxalq müstəvidə buyanaşmalar nəinki ölkənin bank-maliyyə sisteminə, ümumiyyətlə iqtasadiyyatavurulmuş ziyan idi. Məlumdur ki, Mərkəzi Bankın xarici valyutada rezervlerin əriməsivə nəticə etibarilə baş verən devalvasiyalarda ABB əsas fiqurlardandır.

Bank sektoru ilə bağlı bəzi rəqəmlərə toxunmaq istərdim.2017-ci ilin ilk 5 ayında kreditləşmə səviyyəsi aşağı düşüb. MaliyyəBazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya diqqət yetirsəkcari ilin 5 ayında banklar tərəfindən 14,3 milyard manat kreditlər verilib.İlin əvvəlindən müştərilərə verilən kreditlərin həcmi 1,6 milyard manat azalıb.Burada əsas faktorlar banklarda problemli aktivlərin xüsusilə istehlak kreditləriportfelində müşahidə olunan ciddi problemlər, real sektordakı qeyri-müəyyənlik banklardakılikvidlik və.s göstərmək olar. Məlumdurki, 2016-cı ildə 11 bank bağlanıb. Hesab edirəm bu ilin sonuna doğru və 2018-ciil ərzində bir sıra banklar konsalidasiyaya getməsə daha bir neçə bank bağlanacaqdır.Daha bir məqam 2017-ci il ərzində "Moodys” və "Fitch” reytinq agentliyi tərəfindən5 bankın reytinqi aşağı salınıb. Bundan başqa bu il ərzində əhalininbanklardakı əmanətləri azalaraq 6 milyard 873,2 milyon manat təşkil etmişdirki, bu da son 3 ilin ən pis göstəricisidir. Müqayisə üçün qeyd edim ki, 2016-cıilin sonuna əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 448,7 milyon manattəşkil edirdi. Problemli aktivlər üzrə yaradılmış ehtiyatların həcmi artdığıüçün bankların mənfəəti kəskin aşağı düşmüşdur. Bu gün bankların dövlətin dəstəyinəciddi ehtiyacı vardır. Digər bir nüans isə banklar idarəetmə sistemini təkmilləşdirməli,fəaliyyətlərində şəffaflıq prinsipi ön plana çəkilməlidir.

Zamiq Şükürov,

İqtisadçı ekspret