Bank hesablarından oğurluq edənlər tutuldu
Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə iyunun 30-da Bakı şəhər sakini G.Nəbiyevanın bank hesabından 1030 manatının çıxarılaraq oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini V.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Eyni zamanda, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə iyunun 16-da Bakı şəhər sakini S.Bayramlının bank hesabından 1098 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Əskərova müəyyən edilərək saxlanılıb.
Bundan əlavə, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə iyunun 24-də şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əsgərov müəyyən edilərək saxlanılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
17 Mart 2026 17:14
Mağazadan oğurluq etdilər - VİDEO
17 Mart 2026 12:23
Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı
17 Mart 2026 10:24
Cinayətdə şübhəli bilinən 35 nəfər tutuldu
17 Mart 2026 10:04
Polis əməliyyat keçirdi: 2 nəfər həbs olundu - VİDEO
16 Mart 2026 16:35
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
16 Mart 2026 13:06
Təqaüdçülərin kartlarını talayan şəxs tutuldu
16 Mart 2026 11:35
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
14 Mart 2026 15:04


Bakı -°C

