Balıqların köçü başladı: Dünyanın heç yerində görülməyən möcüzə: Video

Türkiyənin müxtəlif vilayətlərindən yüzlərlə insan dünyada yalnız Van gölündə yaşayan və çoxalmaq üçün su axınına qarşı üzərək şirin sulara köç edən mirvari kefallarını görmək üçün növbəti dəfə Erciş mahalındakı Dəliçaya gəlib.
Adalet.az xəbər verir ki, Van gölünün duzlu və qazlı suyunda yaşaya bilən və qoruma altında olan mirvari kefalının çoxalma mövsümü ilə əlaqədar aprelin 15-dən iyulun 15-dək ov qadağası davam edir.
Hazırda sosial şəbəkələrin Türkiyə sepmentində Van bölgəsinin bu möcüzəsi paylaşılır.
Van, ümumilikdə o bölgənin əhəmiyyətli dəyərlərindən biri olan və Alyaskada qızılbalıq kimi axına qarşı üzərək dərələrə axışan mirvari kefallarının köç prosesi davam edir.
Kənd Təsərrüfatı və Meşə Nazirliyi, jandarma, polis və bələdiyyə polis qrupları köç zamanı vizual gözəlliklər də təqdim edən mirvari kefalini qorumaq üçün 7/24 keşik çəkir.
İstanbuldan balıq köçünü izləməyə gələn Bülent Yazıcı Van gölündə yaşayan endemik növ olan mirvari kefalının bölgə iqtisadiyyatına töhfə verdiyini söyləyərək, "Ailəmlə birlikdə bura vizual ziyafəti izləməyə gəldik. Uşaqlığım. burada keçib.Sonra İstanbulda yerləşdik. Tilovlarımızı Van gölünə atıb balıq tutardık"
Qeyd edək ki, Vanın sahili olan İpekyolu, Edremit, Tuşba, Gevaş, Muradiye və Erciş rayonlarında təxminən 15 min insanın dolanışıq mənbəyidir. Amma yumurtlamaq üçün (aprelin 15-də -avqusta qədər) axına qarşı üzən və qarşısındakı maneələri az qala aşmağa çalışan mirvari kefallar həmin müddət ərzində qorunur.
Əntiqə Rəşid
Digər Xəbərlər

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR
