adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Sentyabr 2014 11:09
3530
HADİSƏ

Balıqçıların toruna polis düşdü

Bu gecə saatlarında Lənkəranda polis əməkdaşı axtarış əməliyyatı zamanı ölüb. Adalet.az  Ans press-ə istinadən bildirir ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran xətt polis şöbəsinin polis serjantı,1986-cı il təvəllüdlü Məlik Əlizamin oğlu Cahangirovu yüksək gərginliklielektrik cərəyanı vurub. Polis hadisə yerində dünyasının dəyişib.


Hadisə keçirilən reydzamanı baş verib. Belə ki, 5 nəfərdən ibarət reyd keçirən qrup qanunsuz balıqovu ilə məşğul olan dəstəni yaxalamaq istəyib. Bu zaman Məlik Cahangirov ov iləməşğul olanların suya buraxdıqları elektrik enerjisinin qurbanı olub.


Hadisə nəticəsində 2nəfərin saxlanıldığı deyilir.


Faktla bağlı rayonprokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.