Balakən və Zaqatala rayonlarında güclü külək fəsadlar törədib
Azərbaycanın Balakən rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib.
Bu gün axşam saat 19:15 radələrindən başlayaraq, respublikanın şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonlarının ərazisində güclü külək müşahidə olunur.
Külək nəticəsində bir sıra yerlərdə ağaclar qırılıb, elektrik dirəkləri aşıb, yaşayış evləri və inzibati binaların dam örtüyü uçub.
Digər Xəbərlər
27 Aprel 2024 15:15