Ukraynada hərbi səfərbərliyin yeni dalğası elan olunub

Ukraynada hərbi səfərbərliyin yeni dalğası elan olunub.
Adalet.az xəbər verir ki, bununla bağlı Ali Radanın oktyabrın 21-də keçirilən iclasında Prezident Volodimir Zelenskinin təqdim etdiyi sənəd müzakirə olunaraq qəbul olunub.
Sənədi Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov təqdim edib.
O qeyd edib ki, ölkədə gedən geniş miqyaslı müharibə Ukrayna ordusu üçün insan resursunu vacib edib, buna görə də hərbi səfərbərliyə daha effektiv yanaşmaq lazımdır.
Sənəd müzakirələrdən sonra qəbul olunub, 2026-cı il fevralın 3-ə qədər yeni səfərbərlik müddəti elan edilib.
Digər Xəbərlər

Azərbaycanın bu qərarı regionda əməkdaşlıq və sülhə töhfədir - Qriqoryan

“Paşinyan Rusiyanın “5-ci kolon”unu sıradan çıxarır” – Politoloq

Sanae Takaiti Yaponiyanın ilk qadın baş naziri seçildi
