Bakı-Sumqayıt-Bakı qatarlarına əlavə heyət qoşulur
Dekabr ayının 11-dən 15-dək (15-i daxil olmaqla) Bakıdan saat 18.30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan saat 07.45-də yola düşən 6006 nömrəli Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulacaq.
Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
O qeyd edib ki, məqsəd Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsidir:
"Qatarlar birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir”.
Digər Xəbərlər
02 May 2024 17:40