Bakı-Quba yolunun bu hissələrinə təmir gedir - XƏBƏRDARLIQ
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-20 və 45-52-ci km-də yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Bu barədə Adalet.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Digər Xəbərlər
02 May 2024 17:40