Bakının neft emalı zavodu işini dayandırdı
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini dayandırıb.
Bu barədə APA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, NEZ-in işi bu gündən etibarən dayandırılıb: "Müəssisənin işi bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır”.
İlk növbədə, neftin ilkin emalı (ELOU-AVT) qurğusunun fəaliyyəti dayandırılıb. Tədricən başqa qurğularda da təmir işləri aparılacaq, deyə İ. Əhmədov əlavə edib.
Qeyd edək ki, NEZ-dən xammal alan "Azərkimya” İstehsalat Birliyinin kimya müəssisələrinin işi də dayandırılıb.
Digər Xəbərlər
29 Aprel 2024 11:20
Arutyunyan hansı sirləri açıb?
29 Aprel 2024 11:04Dövlət Komissiyası: “Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq”
29 Aprel 2024 10:40Orduda ən yaxşı snayper müəyyən ediləcək - VİDEO
29 Aprel 2024 10:29İtkin düşən 6 hərbçiyə şəhid statusu verilib
29 Aprel 2024 09:34