Bakının bu yolu bağlanır - XƏBƏRDARLIQ
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu Balaxanı- Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən – 8 avqustdan etibarən qismən məhdudlaşdırılacaq.
"Azəravtoyol” ASC-dən Adalet.az-a verilən məlumata görə, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün, avqust ayının 11- nə kimi qüvvədə olacaq.
"Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir”, - deyə məlumatda vurğulanıb.
Digər Xəbərlər
02 May 2024 17:40