adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Noyabr 2018 11:10
5797
MƏMLƏKƏT

Bakının bu rayonlarında içməli su kəsiləcək

Magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) 10 noyabr 2018-ci il tarixində, gün ərzində içməli suyun verilişində fasilələr olacaq.

Bu barədə Adalet.az-a "Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.