Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə!
Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.
Bu barədə Adalet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq, 8 may saat 22:00-dan 9 may saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.
Digər Xəbərlər
24 May 2026 23:45
Leyla Əliyevanın iştirak etdiyi toyun sahibi bəlli oldu - VİDEO
24 May 2026 23:21
Elektrik cihazlarını şəbəkədən ayırın, telefonla danışmayın - XƏBƏRDARLIQ
24 May 2026 19:00
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
23 May 2026 23:31


Bakı -°C

