adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 May 2019 14:28
19871
GÜNDƏM

BAKININ BAŞ PLANI

Bakı şəhərinin ilk Baş planını 1898-ci ildə məşhurmemar, alman əsilli rus mühəndisi, elə həmin ildən 1902-ci ilə kimi şəhərbaşçısı vəzifəsində çalışan N. A. Fon Nonne hazırlayıb. 1932-ci ildə ikinci, 1964-cü ildə üçüncü, nəhayət,1986-cı ildə dördüncü Baş plan tərtibolunub. Dünya Bankı ilə bağlanmış kredit sazişinə əsasən 2011-2014-cü illərdə "Bakıdövlətlayihə”institutu tərəfindən hazırlanan sonuncu layihə isə Dövlət Şəhərsalma vəArxitektura Komitəsi tərəfindən qəbul olunmayıb. Komitə bu mövqeyini şəhərin sosial-iqtisadiinkişafının bir çox istiqamətlərinin sənəddə düzgün əks olunmamasıyla əsaslandıraraq ona yenidən baxılacağıbildirilib. Söhbətin konkret hansı sosial-iqtisadi inkişaf istiqamətlərindəngetməsi barədəsə ictimaiyyətə konkret bilgi verilməyib.

İndi haqqındasöhbət gedən və 2035-ci ilə kimi şəhərin inkişaf istiqamətlərinimüəyyənləşdirən plan isə məhz yuxarıda sözü gedən layihələrin yenidən işlənmiş variantıvə sayca Bakını beşinci Baş planıdır. 1986-cı ildə qəbul edilmiş Baş plan2005-ci ilə kimi nəzərdə tutulduğu üçün, belə çıxır, şəhər on dörd ildir, həminplanı qəbul etmiş hökumətin 1991-ci ildə süqut etdiyini nəzərə alsaq isə iyirmisəkkiz ildir ki, plansız tikilir.

( Əvvəli burada)

Bakının 1986-cı ildə qəbul olunmuş dördüncüBaş planında nakam bir bənd var. Həmin bənddə göstərilir ki, 2005-ci ildəsərnişindaşımalarda elektrik nəqliyyatının payı 70 faizə çatdırılacaq,avtobusların payısa 55 faizdən 30 faizə endiriləcək. Şəhərdaxilisərnişindaşımalarda elektrik nəqliyyatına üstünlük verilməsi dünyanın həryerində əsas diqqət yetirilən sahədir və bunun vacibliyi təkcə elektriknəqliyyatının iqtisadi səmərəliliyilə yox, həm də bu gün bəşəriyyətin üzləşdiyiağır ekoloji durumla bağlıdır. İndi Bakıda elektrik nəqliyyatı adına metrodanbaşqa heç nə qalmayıb. Bir müddətdən sonra bu şəhərdə nə vaxtsa tramvay vətroleybusların hərəkət etdiyini öz gözləriylə görən bir kimsə qalmayacaq.

Ötən əsrin sonlarında SSRİ-də və ŞərqiAvropada baş verən siyasi təlatümlər həmin coğrafiyada mövcud olan və yeniyaranan bütün dövlətlərdə ağır böhranla müşayiət olundu. Amma heç bir ölkə özböyük şəhərlərinin infrastrukturlarıyla bizi kimi qəddar rəftar eləmədi, onunaxırına çıxmadı. Bakının tramvay və troleybus xətləri sökülüb satıldı, şəhərnəqliyyatı büsbütün dizellə işləyən avtobusların ümidinə qaldı. İndi bütünAvropada Bakıdan başqa bir dənə də olsa tramvay və troleybussuz şəhər tapmaqmümkün deyil. Hələ orasını demirik ki, tramvay təkcə iqtisadi və ekolojisəmərəliliyinə şörə yox, həm də bir az qəribə, bir az mistik aurasına görəistənilən şəhərin simasına xoş ovqat qatan qeyri-adi bir nəqliyyat növüdür.

Troylebus və tramvayların Baklküçələrindən yığışdırılması bəzi fikirlərin əksinə olaraq heç tıxacların daqarşısını almadı. Tramvay-troleybusluşəhərlərin çoxunda nəqliyyat sıxlığı baxımından vəziyyət bizdəkindənqat-qat yaxşıdır.


Şəhrədəki tıxacların əsas səbəblərindənbiri və bəlkə də birincisi elə yuxarıda haqqında danışdığımız "göydələnlər”,daha doğrusu, onların nizamsız halda hər yerə səpələnməsidir. Bir-birlərinəpərçimlənərək ucaldılan həmin "göydələnlər”in böyür-başındakı yolları,meydanları heç vaxt bu sıxlıqdan xilas etmək mümkün olmayacaq.

Bəzi körpülərin optimal şəkildəlayihələşdirilməməsi, eləcə də vaxtilə fayton yolu kimi salınan mərkəziküçələrdə sökülən bəzi binaların yerində tikilən hündürmərtəbələr də tıxaclarınəsas mənbəyidir. Hündürmərtəbəli bina çoxlu ailə və deməli, həm də çoxlu maşındeməkdir. Köhnə binalar söküldüyü vaxt imkan düşmüşkən onların qarşısındankeçən yolları nəinki genişləndirmirlər, əksinə fasadını bir az da yola tərəfsürüşdürərək daha da daraldırlar. Çünki hər kvadratmetr ərazi puldur, şəhərmərkəzində isə bu daha böyük puldur.

Piyada səkilərinin əksər hissəsi artıqöz əsas funksiyasını çoxdan itirib. Heç bir səkiylə 10-15 metr getmək mümkündeyil. Ya park edilmiş maşınlar, ya da çoxsaylı obyektlərin səkiləri tutanpilləkənləri, giriş- çıxış qapıları adamı istər-istəməz "itələyib” maşın yolunasalacaq.

Küçələr, səkilər bu şəhərin əsasdərdlərindən biridir – özü də təkcə mərkəzdə yox, həm də kənarlarda.

Bakının yeni baş planında da nəzərdətutulduğu kimi mərkəzə yaxın ərazilərdə yerləşən bir çox qəsəbə vəməhəllələrdəki evlər söküləcək. Sovetskidə bu iş artıq xeyli vaxdır başlayıb. "Kubinka”adlanan ərazinin, "İyirminci sahə”nin də yaxın vaxtlarda söküləcəyinə dairsöz-söhbətlər gedir. Şəhərin görkəmini abıra salmaq, şəhər mərkəzi deyəadlandırdığımız ərazini günişləndirmək baxımından çox vacib layihələrdir vəümid edirik ki, uğurla başa çatdırılacaq.

Dünyada "gecəqondu”larsız böyük şəhərlərtapmaq çətindir, sosial-iqtisadi inkişaf səviyyəsi aşağı olan ölkələrdə isə mümkündeyil. İndi bir tərəfdən Bakı "gecəqondu”lardan, nizamsız tikilmiş yaşayışməntəqələrindən təmizlənir, digər tərəfdənsə yeniləriylə əhatə olunur. Şəhərətrafında salınan həmin yeni məntəqələr özbaşına tikilməsə də, "gecəqondu qəsəbələri”ndənbaşqa bir şey deyil. Baxmayaraq ki, böyük əksəriyyəti sənədsizdir, amma heçbiri icazəsiz tikilməyib. İcazənin necə, hansı şərtlərlə verildiysə heç kimə sirrdeyil. İndi həmin evlərin sənədləşdirilməsi barədə yüksək səviyyədə tapşırıqverilib və çox güman ki, məsələ öz həllini tapacaq. Tutaq ki, kanalizasiya, su,qaz, işıq xətlərinin yoxluğu və ya yararsızğından dolayı həmin ərazilərin sosialfəlakət zonasına çevrilməsinin də qarşısı nə vaxtsa alınacaq. Bəs əyri-üyrü,dar, dolanbac küçələr, bir-birinə yapışmış evlər, bir-birinin içinə girmişhəyətlər problemi necə həll olunacaq. İndi, XXİ əsrin bu çağında belə kortəbiiməskənlər salınmasına göz yuman məmurlara "gözün üstə qaşın var” deyəntapılacaqmı? Niyə sənədsiz tikməyə göz yumublar məlumdur, halal xoşları olsun.Bəs bu nizamsızlığa, pərakəndəliyə niyə vaxtında əncam çəkməyiblər? Üstlərində memar,arxitektor kimi gurultulu adlar gəzdirənlər harda itib-batmışdılar?

Bu cür səliqəsiz, kobud, baxanda adamıdiksindirən yaşayış məskənlərinin salınması yalnız korrupsiya bəlası deyil, həmdə bizim mental xüsusiyyətimizlə bağlıdır. Belə qatmaqarışıqlıq təkcə imkansızadamların sığındığı bir-iki sotluq evlərdən ibarət "gecəqondu” məskənlərində hökmsürmür. Siz hələ bir milyonluq villaların ard-arda düzüldüyü məhəllələringörkəminə baxın. Yenə həmin mənzərə, həmin əyri-üyrü, dolanbac küçələr… Kimievinin üzünü gündoğana, kimi günbatana, bir başqası qibləyə, dördüncüsükəndlərinə və ya atasının qəbrinə tərəf yönəldir. Gücünə, hökmünə, puluna uyğunolaraq biri qapısını və hasarını bir qarış, digəri bir arşın yola tərəfitələyir. Sanki hasarının o üzünün, qapısının ağzının ona dəxli yoxdur. Axı, acgözlük,hərislik, hər şeyi qamarlayıb öz qabağına çəkmək yanğısının yaratdığıdarısqallıqdan ara-sıra yoldan ötənlərlərdən daha çox özləri əziyyət çəkirlər.

Bunun sırf mental dəyər olduğunu anlamaqüçün çox uzağa getmək lazım deyil, elə bir vaxtlar ölkəmizin ayrı-ayrı guşələrinəsürgün edilmiş molokanların yaşadıqları qəsəbə və kəndlərə baxmaq kifayətdir.

Göründüyü kimi, bir yandan problemlərin aradanqaldırılması üçün böyük layihələr gerçəkləşdirilir, digər yandansa yeniproblemlərin əsası qoyulur. Ancaq bu yeni problemlərin həlli üçün nə vaxtsaBakının üçüncü neft bumunu yaşayıb-yaşamayacağı hələ ki, heç kimə məlum deyil.

***

Bakının bu günlərdə ictimaiyyətə təqdimolunacağının anonsu verilən üçüncü Baş planı belə bir təzadlı inkişaf dövrünətəsadüf edir. Həmin planda bu məsələlərin həlli nəzərdə tutulurmu? Sualıncavabı bizə məlum deyil.

Bu gün Bakının ətraf əraziləri plansızgörkəmiylə, mərkəzisə yazının əvvəlində də dediyimiz hədsiz qlamurlaşması,üstəlik, paytaxtın incisi sayılan İçəri Şəhərin lazım olduğundan daha çox müasirləşdirilərək biznes, daha konkretdesək, iaşə guşəsinə çevrilməsiylə ciddi narahatlıq doğurur.

Yuxarıda qeyd eləmişdik ki, şəhərinmərkəzi hissəsi və Bakı bulvarı yerli əhali üçün xeyli əlçatmaz bir məkanaçevrilib. Təbii ki, gəzib-dolanmaq baxımından yox, burdakı əyləncə, istirahətvə iaşə obyektlərindən istifadə eləmək baxımından. Əslində, bahalıq bütün şəhərmərkəzlərinə xas olan bir xüsusiyyətdir. Amma Bakıda bu artıq bütün əndazələriaşıb. Əsas səbəb isə həmin məkanda, eləcə də Bakı bulvarında olan obyektlərüzərindəki inhisarçılıq amilidir. Bu inhisarçılıq götürülsə hər kəsin cibinəuyğun obyektlər də açılacaq. İkinci səbəbsə qlamurluğa hədsiz aludəçilikdir.Biz küçələri, qazonları gəlin kimi bəzəyib, göz bəbəyi kimi qoruyuruq. Halbukibelə məkanlar insanlara, onların sərbəst istirahəti və əyləncəsinə xidmətetməlidir. Başqa ölkələrdə qazonlardan seyrangah kimi istifadə olunur, onunüstündə yeyib-içir, uzanıb eşələnir, şellənirlər. Uzağa getməyək, elə İstanbulbulvarını götürək. Adamlar çox vaxt ordaözləriylə gətirdikləri yeməkləri elə qazonların üstündə yeyir, sonra da "batırdıqları”yerləri təmizləyib gedirlər.

Bahalı obyektlərin taleyindən də narahatolmağa dəyməz. İmkanlı adamların, xarici qonaqların, onları gəzdirənlərin,eləcə də ərəb turistlərinin canı sağ olsun.

Hər şeyi qonaqlara hesablamaq olmaz.Yoxsa şəhər əhli mərhum yazıçımız Mir Cəlalın özünəməxsus yumoristik-satiriküslubda yazdığı "Qonaqpərəst” adlı məşhur hekayə-faciəsinin qəhrəmanı Nəsibkişinin, "qonağın qonaq, qaranın qara yeri var” – deyə otaqlarından birini aylarlaqapısını döyməyən qonaqlar üçün, digərinisə nə vaxt evlənəcəyi məlum olmayanoğlunun toy günü üçün bəzəyib saxlayaraq ailəsi və uşaqlarını darısqal bir otaqdayaşamağa məhkum edən və bundan dolayı faciə dalınca faciə ilə üzləşən butragikomik personajın gününə düşər.

Mehman CAVADOĞLU