Bakının 3 küçəsində maşınların hərəkəti məhdudlaşdırılacaq
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar bu gün Bakının 3 mərkəzi küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlər və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq:
"Bu səbəbdən paytaxt sakinlərindən həmin tarixdə şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur".
Xatırladaq ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq. (unikal.org)
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27