adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Sentyabr 2014 14:41
3377
MƏMLƏKƏT

Bakının 2 tikinti obyektində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən"Təhlükəsiz iş həftəsi” çərçivəsində iş yerlərində əmək qanunvericiliyinə,habelə əməyin mühafizəsi qaydalarına əməl olunması vəziyyətinin yerindəcəaraşdırılması məqsədilə bugünyoxlamalar aparılıb.Adalet.azƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir ki, yoxlamalarzamanı "Alpina” MMC və "Qaraçay” MMC-yə məxsus tikinti obyektində çalışanişçilərin onların həyat və sağlamlığı üçün təhlükəli olan, bədbəxt hadisələrinbaş vermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi,əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu birşəraitdə işlədikləri aydın olub.

Həmçinin təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq, işçilər əməyinmühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizəvasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar.

Bununla yanaşı, işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətlərirəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onlarınəməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyənedilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkar edilib.

Aşkar edilən hüquq pozuntularına görə Azərbaycan RespublikasınınƏmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, bu tikinti obyektlərində işlərnöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Bununla yanaşı, əməyinmühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərinqeyri-qanuni işə cəlb edildiyi barədə DƏMX tərəfindən şirkətin rəhbərliyinəmüvafiq göstərişlər verilib və müvafiq qaydada protokol tərtib edilib.

DƏMX tərəfindən son vaxtlarda həyata keçirilən tədbirlər iş yerlərində əməkqanunvericiliyinə əməl olunması, o cümlədən əməyin mühafizəsi sahəsində müsbətmeyllərin formalaşmasına səbəb olub. Bu istiqamətdə həyata keçirilən tədbirlərindavamı kimi, sentyabrın 15-dən 21-dək "Təhlükəsiz iş həftəsi”nin elan edilməsiayrı-ayrı iş yerlərində, o cümlədən tikinti sektorunda əməyin mühafizəsiqaydalarına əməl olunması sahəsində hələ də mövcud olan nöqsanların aradanqaldırılmasına yönəlib.