"BakıKart"ın qiyməti bahalaşdı
İctimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və kart infrastrukturunun davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 1 iyul 2026-cı il tarixindən etibarən "BakıKart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə “Bakıkart” məlumat yayıb.
Bildirilib ki, "BakıKart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.
Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.
Son illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda "BakıKart" kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərindən də ödəniş həyata keçirə bilirlər.
Qeyd edilib ki, kartın balansı və gediş haqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən "BakıKart" kartlarının satış qiymətinə aiddir.
Digər Xəbərlər
09 Iyun 2026 16:28
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 427-yə çatıb
09 Iyun 2026 12:26
DYP əməkdaşlarından nümunəvi addım: Xəstəyə kömək etdilər - VİDEO
09 Iyun 2026 11:46
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
09 Iyun 2026 10:23
Bu gün Həcc ziyarəti başa çatır
08 Iyun 2026 17:29
Prezidentdən Ramiz Fətəliyevlə bağlı SƏRƏNCAM
08 Iyun 2026 16:54
Şamil Əzizov nazir müşaviri təyin edildi
08 Iyun 2026 12:41
Bayram günlərində Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi
08 Iyun 2026 12:30


Bakı -°C

