Bakıdakı püşkatma təxirə salındı, ispaniyalı qonaq uçuşunu ləğv etdirdi
Junior NBA Azərbaycan Liqasının püşkatma (draft) mərasimi təxirə salınıb.
Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimovun Oxu.Az-a verdiyi xəbərə görə, "Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” Nazirlər Kabinetinin 2 mart 2020-ci il sərəncamına müvafiq olaraq, martın 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilməsi planlaşdırılan mərasim başqa vaxt keçiriləcək.
"Bunun üçün ciddi hazırlıq işləri görmüşdük. "CBC Sport” da canlı yayım verməli idi. Lakin Nazirlər Kabinetinin qərarından sonra Təhsil Nazirliyi bütün məktəblilərlə bağlı qərar verdi. Bu üzdən də püşkatma təxirə salındı. Liqanın püşkatma mərasimi üçün NBA-dan ispaniyalı koordinator da gəlməli idi. Kiyevdə olanda bu məlumatı ona çatdırdıq. Buna görəqonağımız Bakıya uçuşunu ləğv etdi. Əgər məktəblərdə tədris bərpa edilsə, püşkatmanın tarixini də müəyyənləşdirəcəyik”, - deyə V.Əzimov bildirib.
Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası yanvarın 29-da NBA (Amerika Milli Basketbol Assosiasiyası) ilə müqavilə bağlayıb. Bu müqavilə əsasında Azərbaycanın 12-14 yaşlı məktəbli oğlan və qız basketbol komandaları yarışmalı idi.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00