Bakıda yüksək vəzifəli rəsmilərin iclası keçirilir
Bakıda yüksək vəzifəli rəsmilərin iştirakı ilə "Asiyanın Qəlbi - İstanbul Prosesində” adlı tədbir keçirilir.
İclasda görülmüş işlərlə bağlı hesabatların verilməsi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunması nəzərdə tutulur.
İstanbul prosesinin daimi həmsədri Əfqanıstandır. Bununla yanaşı, prosesin illik əsasda dəyişən həmsədri vardır. Azərbaycan Respublikasının proses çərçivəsində fəal rolu və regionda inkişaf və sabitliyə verdiyi töhfələr nəzərə alınaraq, 2016-cı il dekabrın 4-də Hindistanın Amritsar şəhərində keçirilmiş "Asiyanın Qəlbi – İstanbul Prosesi”nin 6-cı Nazirlər Konfransında prosesə 2017-ci il üzrə həmsədrlik etmək Azərbaycan Respublikasına həvalə edilib.
Proses çərçivəsində regionda sülh və sabitliyin təmin olunmasına dair müntəzəm siyasi müzakirələr aparılır və praktiki əməkdaşlığı təmin edən müxtəlif mexanizmlər fəaliyyət göstərir.
Hazırda ölkəmiz İstanbul prosesi çərçivəsində Rusiya Federasiyası ilə birlikdə narkotik vasitələr əleyhinə işçi qrupa və Türkmənistanla birlikdə regional nəqliyyat dəhlizləri üzrə işçi qrupa həmsədrlik edir.
Bu il həmsədr qismində Azərbaycan il ərzində prosesin əsas orqanları olan xarici işlər nazirlərinin konfransına və yüksək vəzifəli rəsmilərin iclaslarına ev sahibliyi edəcək.Azərbaycan Respublikasının beynəlxalq nüfuzu və malik olduğu imkanlar nəzərə alınaraq, 2012-ci ildə bu prosesə dəvət edilib. Azərbaycan tərəfi regionda sülh, sabitlik və əmin-amanlığın təmin olunmasına dair maraqlarından çıxış edərək və Əfqanıstan ilə malik olduğu yaxın siyasi və iqtisadi əlaqələri nəzərə alaraq, prosesə qoşulub.
Tədbirdə Azərbaycanı Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik üzrə departamentinin rəhbəri Qaya Məmmədov təmsil edir.
Digər Xəbərlər
29 Aprel 2024 18:24
Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb - RƏSMİ
29 Aprel 2024 18:00Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
29 Aprel 2024 17:45Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub
29 Aprel 2024 17:26Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43