Bakıda yol polisi qəzaya düşdü
Bakıda yol polisi avtomobili qəzaya düşüb.
Adalet.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində - köhnə Sovetski məhəlləsinin yerində salınmış yeni yolda baş verib.
Belə ki, ötən gün axşam saatlarında "Mersedes E Klass" markalı minik avtomobili 99 YP 497 dövlət qeydiyyat nişanlı xidməti BMV-ni arxadan vurub.
Hadisə nəticəsində minik avtomobilinə xeyli ziyan dəyib. Həmçinin YPX avtomobilinin arxa hissəsi əzilib. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparıır.
Digər Xəbərlər
04 May 2024 14:37