adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Noyabr 2017 16:37
4559
HADİSƏ

Bakıda və Kürdəmirdə ev yanıb

Bu gün paytaxtda və Kürdəmirdə yanğın olub.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Kürdəmirdə isə ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 124 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğıın söndürülüb.