adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Oktyabr 2014 17:42
4840
MƏDƏNİYYƏT

Bakıda türksayağı caz

Oktyabrın 10-dan 16-dək Bakıda "Türkiyə CazFestivalı"ı keçiriləcək. Adalet.az xəbər verir ki, Türkiyənin Azərbaycandakısəfirliyinin təşəbbüsü ilə reallaşacaq festivalda Türkiyənin məşhur "Hi-Jazz”caz qrupu ilə təmsil olunacaq.

Məlumat üçün bildirək ki, "Hi-Jazz” qrupuTürkiyənin ən yaxşı musiqiçilərini bir araya gətirən bir layihədir. "Hi-Jazz”Türkiyədə caz musiqisinin dünyaya tanıdan ən məşhur qruplardan biridir. Qrupmusiqiləri ilə  keçmiş və gələcəyi bir araya gətirməklə diqqətləri üzərinəçəkib. "Hi-Jazz” qrupu  Türkiyədə və xaricdə bir çox festivallarda iştirakedib.

Qeyd edək ki, "Hİ-Jazz ” oktyabrın12-də saat 21.30-da "Baku Jazz Centre”də çıxış edəcək.Konsertə giriş sərbəstdir.