Bakıda terror törədiləcəyi haqda məlumat yalan çıxdı
Yanvarın 12-də saat 12.38-də FHN-nin "112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verib. Bildirilib ki, FHN-ə daxil olan məlumat DİN-in "102” Xidmətinə ötürülüb.
Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib.
Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron Rayon Polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər "isti izlər”lə müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
DİN vətəndaşların nəzərinə çatdırır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.
Digər Xəbərlər
30 Aprel 2024 11:30
Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02Sumqayıtda 5 ədəd qumbara tapıldı - VİDEO
30 Aprel 2024 09:53DYP: Qəzaya səbəb avtomobillərin sürət yarışına çıxması olub
30 Aprel 2024 09:18