adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Iyul 2018 16:57
6253
MƏMLƏKƏT

Bakıda svetoforların fəaliyyətində yaranan çətinliklər aradan qaldırılır

Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib. Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib.

Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür.