adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Dekabr 2017 10:09
12135
MƏMLƏKƏT

Bakıda sürət həddi endirildi - XƏBƏRDARLIQ

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti - Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Adalet.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.