Bakıda Rusiyanın generalı vəfat edib – FOTO
Rusiyanın keçmiş ədliyyə generalı İlqar Qasımov vəfat edib.
Adalet.az APA-ya istinadən xəbər verir ki, əvvəllər Rusiyanın ədliyyə orqanlarında işləmiş ədliyyə general-leytenantı İlqar Əlihüseyn oğlu Qasımov mayın 13-də Bakıda dünyasını dəyişib.
Mərhum elə həmin gün Sabirabad rayonunun Cavad kəndində dəfn olunub. Qohumlarının bildirdiyinə görə, ürək ağrılarından əziyyət çəkən İ. Qasımov bir müddət əvvəl Gürcüstanda açıq ürək əməliyyatı keçirib.
Qeyd edək ki, əslən Sabirabad rayonundan olan İlqar Qasımov 1961-ci ildə Bakıda anadan olub. Uzun müddət Rusiyanın ədliyyə orqanlarında çalışıb. İki övladı - bir oğlu, bir qızı var. Mərhumun vaxtilə məşhur teleaparıcı Nərgiz Cəlilova ilə evli olduğu bildirilir.
Digər Xəbərlər
06 May 2024 09:31
Azərbaycan çempionatı: "Səbail" "Qəbələ"yə qarşı
05 May 2024 09:57“Barselona” 32 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etdi
05 May 2024 09:33Luka Modriç “Real Madrid”in tarixinə düşdü
05 May 2024 00:19Real Madrid” 36-cı dəfə İspaniya çempionu oldu - YENİLƏNİB
04 May 2024 13:37