adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Fevral 2016 17:12
11503
MƏMLƏKƏT

Bakıda qul bazarında “Alıcı” qıtlığı – FOTOREPORTAJ

BakınınBakıxanov qəsəbəsində yerləşən bazarda gözümüzə fəhlələr və onların işcihazları dəyiridi. Bəli söhbət qul bazarından gedir. Məkana daxil olub müxbirolduğumu söyləyənə qədər gözümün içinə kimi baxırdılar. Sanki mən obyektiməyaxud şəxsi mənzilimdə işləmək üçün usta və ya fəhlə axtarırmışam kimi. Onlaragəlişimin məqsədini izah edəndə ümid qanadları qırılsa da dərdlərini söyləməküçün başıma yığışdılar. Dərdlərini söyləmək bir yana qalsın iş yoldaşlarınınolundan tutub kənara çəkənlər də oldu...

Evimə qayıtmaq üçün 20 qəbik tapmıram

Əsasənrayondan Bakıya işləməyə gələn qul bazarı sakinləri burada bəzən günlərlə müştəriqıtlığı yaşayırlarş Bunu bizimlə söhbərində Alı Muradov deyir: "Bizi buraişsizlik gətririb çxarıb. Övladlarımız evdə bizdən çörək gözləyir. Rayonda işolmadığı üçün çıxıb gəlmişik Bakıya ki, bir təhər burada özümüzü dolandıra bilrək.3 aydır kirayə pulunu verə bilmirəm. Bu bahalaşmadan əvvəl heç olmazsa 2-3 gündənbir müştəri tapırdıq. İndi Allahın bir bəndəsi də yanımızdan keçmir”.

Gündüz Feyzullayev isə qarabağ veteranıdır: "Ayda 45 manat dövlətdən müavinət alıram. İndikizamanda bu pulla ailə dolandırmaq gülünc haldır. Bir ilə yaxındır burada işləyirəm.Uşaqlarımıda rayonda evdə qoyub gəlmişəm. Deyirlər atam iş dalınca gedib.Veteran kartımı da evdə qoymuşam ki, heç olmasa onun da köməyi olsun. Bəzənolur ki, aparırlar bizi evlərinə yaxud abyekt işlədənlər öz mağazalarına orda təmirişləri görürük. Ordan da 5-10 manat qazanırıq. Bilirsiz dünya zalmı deyil,imkanlı şəxslərin arasında insaflıları da var, adi bir iş üçün hərdən 20-30manatd a verirlər. Ancaq bu cür hallar qızıl tapmaq kimidir”.

Mənə deyirlər qocasan,işləyə bilmirsən

Qulbazarında fəhlələrin dediyi kimi müştəriyə rast gəlmək müşkül məsələdir. Adətənişçi axtaran müştərilər qul bazarına gəlib bir usta və ya fəhlə götürübaparırlar. Bir qədər gözlədik ki, həmin hadisənin şahidi olaq. Bazardaolduğumuz ərəfədə bir avtomobil məkana daxil oldu. Həmin an bütün işçiləravtomobili mühasirəyə alır.

64 yaşıolan Bəhruz Sabahov deyir ki, həmişə belə olur, xüsusən də indiki vəziyyətimizdəAllahın bir bəndəsi avtomobili ilə bura yaxınlaşdısa deməli özünə bir işçiaxtarır. Mən də qoca adamam belə bir izdihamda özümü qabağa versəm də bir xeyriolmaz. Mənə deyirlər qocasan, işləyəbilmirsən. 5-10 manat çörəkpulu qazanmaq üçün yenə də gözləyirəm. Bəlkə birinsaflısı çıxdı, mənə də iş təklif etdi. Özüm vaxtı ikən işləmişəm, indi 120manat pnsiya alıram. Oğlum xəstədir, hərbi xidmətdə olanda vərəmə tutuldu. İndionun müalicəsi üçün çalışıram.

Onlarla məşğulluq idarələri və əmək yarmarkalar haqqındaməlumatınız varmı deyə soruşanda isə cavabları belə oldu: "Dəfələrlə getmişik həminyerlərə. Məşğulluq idarəsində bizə deyiblər ki, harada qeydiyyatdasınızsa siziora işləməyə göndərəcəyik. Biz rayondan bura qaçıb gəlmişik onlar bizi təzədənora gönədərmək istəyirlər. Əgər rayonda yaxşı iş olsaydı Baklıda nə gəzirdik?”

Qoca işçi söhbətimiz zamanı gənc oğlanının qolundantutub gətirdi yanımıza: "Bax bu uşaqdı, bunun yaşıdları əylənmir, cavanlığınıyaşayır amma bu "yetim” gəlib burada bizimlə 3-4 manat çörək pulu üçün müştərigözləyir.

Rüfət Soltan