Bakıda qorxu dolu anlar: Marketdən oğurluq edib qaçarkən, ətrafdakılara bıçaqla hücum etdi - VİDEO
Bakıda kişi bıçaqla şəhər sakinlərinə hücum edib.
Bununla bağlıOxu.Azvideogörüntülər əldə edib.
Məsələ barədə Bakı Şəhər Baş Polis İdarəsi (BPİ) ilə əlaqə saxladıq.
Bakı Şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad HacıyevOxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən marketlərin birindən oğurluğa cəhd edən şəxs tərəfindən törədilib:
"Onun hərəkətlərinin qarşısı satıcı tərəfindən alınarkən ona bıçaq xəsarəti yetirməklə, həmin ünvandan qaçmağa çalışıb. Ərazidə xidmətdə olan Yasamal Rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının çevik və operativ müdaxiləsi ilə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan, 1977-ci il təvəllüdlü Ramin Cavadov saxlanılaraq, 27-ci Polis Bölməsinə təhvil verilib”.
E.Hacıyev qeyd edib ki, faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
27 Aprel 2024 13:33
Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15