Bakıda qadının maşını qaçırıldı
Sentyabrın 22-də Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə DİN-in "102 Zəng Xidməti Mərkəzi”nə məlumat daxil olub.
Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Müəyyən edilib ki, paytaxt sakini olan Səkinə Həsənovaya məxsus "Changan” markalı avtomobil saat 2 radələrində qaçırılıb.
Adalet.az xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən avtomobilin Siyəzən rayonu ərazisində hərəkətdə olması aşkar edilib və görülmüş tədbirlərlə avtomobil sürücü ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Kərimov olduğu müəyyən edilib.
Digər Xəbərlər
27 Aprel 2024 13:33
Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15