Bakıda oğul 72 yaşlı atasını döydü
Nizami rayonu 8-ci kilometr qəsəbəsində 72 yaşlı kişi oğulu tərəfindən küt alətlə döyülüb.
Hadisə 8-ci kilometr qəsəbəsi Naxçıvanski küçəsi ev 88, mənzil 103-də baş verib.
Həmin ünvanda yaşayan 1944-cü il təvəllüdlüƏsgərov Şirəli Mirəli oğluyaşadığı evdə küt alətlə döyülüb. Başından və bədəninin müxtəlif yerlərindən ağır xəsarət alan Ş.Əsgərov xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Hüquq mühafizə orqanları hadisənin dəqiq səbəblərini araşdırır.
Ş.Əsgərovun oğlunun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Digər Xəbərlər
28 Aprel 2024 21:30