Bakıda narkotik çəkib avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
Sabunçu RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “VAZ 2106” markalı, 90-TK-116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Adalet.az xəbər verir ki, görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Əsgərov Rəşad Fuad oğlu saxlanılıb.
Sənədləri yoxlanılan zaman R.Əsgərovun sürücülük hüququnun olmadığı və idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Əsgərovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Əsgərov 20 sutka inzibati qaydada həbs edilib.
Digər Xəbərlər
18 Dekabr 2025 18:29
3 uşaq anası qayçı ilə qətlə yetirilibmiş - VİDEO
18 Dekabr 2025 12:42
Qusarda qadın əri tərəfindən öldürüldü - YENİLƏNİB
18 Dekabr 2025 11:13
Özlərini jurnalist kimi təqdim edib pul tələb etdilər - Polis saxladı
18 Dekabr 2025 10:33


Bakı -°C

