Bakıda narkotacir və mobil telefon oğruları saxlanıldı - VİDEO
Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, paytaxt sakini olan “Samir” adlı şəxsin narkotiklərin satışını həyata keçirdiyi barədə Polis Bölməsinə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində həmin şəxs - Samir Qurbanov tutularaq 9-cu Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 5 qrama yaxın heroin aşkar olunub. Həmin şəxs ifadəsində yaşadığı evin yaxınlığında zirzəmidə külli miqdarda narkotik vasitə gizlətdiyini də bildirib. Qeyd edilən yerə baxış zamanı Samir Qurbanova məxsus əlavə 3 kiloqram 20 qam heroin aşkar edilərək götürülüb. O, ifadəsində narkotik vasitələri ölkə ərazinə qaçaqmalçılıq yolu ilə göndərən xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində yerləşən ictimai iaşə obyektlərində silsilə oğurluqlar edən Sumqayıt şəhər sakini Tahir Əhmədov saxlanılıb. Araşdırma zamanı onun müştəri kimi getdiyi obyektlərdə zərərçəkənlərin ani diqqətsizliyindən istifadə edərək onların mobil telefonlarını oğurladığı müəyyən edilib. Tahir Əhmədovun etdiyi oğurluqların bir neçəsi obyektlərin təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktlarla bağlı hər iki şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Digər Xəbərlər
26 Sentyabr 2026 11:03
Polis ötən gün 57 nəfəri saxlayıb
26 Sentyabr 2026 09:53
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45


Bakı -°C

