Bakıda narkokuryerliyə cəlb olunan iki nəfər saxlanıldı - VİDEO

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar 41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə saxlanılıblar.
DİN-dən Adalet.az-a bildirilib ki, onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotik vasitəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Digər Xəbərlər

DİN Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələri saxlayıb - FOTO/VİDEO

Cinayətdə şübhəli bilinən 19 nəfər saxlanıldı

Yekaterinburqda öldürülən qardaşların nəşi təhvil verildi - VİDEO

Şamaxıda kürəkən qayınatasını öldürdü - YENİLƏNİB

Polisə bıçaq çəkən narkotacir zərərsizləşdirildi

Masallıda baş verən cinayət işinin motivi məlum olub - YENİLƏNİB

"Rus dili tədris edən qardaşım Rusiyada cinayətkarcasına qətlə yetirildi" - Seyfəddin Hüseynli
