adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Noyabr 2014 12:18
2995
HADİSƏ

Bakıda məscidi yandırmaq istədilər

Bakıda məscidi yandırmağa cəhd göstərilib.

Suraxanı Rayon Polis İdarəsindən  verilən məlumata görə, naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın olub. Məsciddə olan şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb.

Hazırda polis məscidi yandırmağa cəhd göstərən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.