Bakıda məsciddə dava düşüb
Bakıda məsciddə dava düşüb, gənc oğlan döyülüb.
Adalet.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, "Məşədi Dadaş" məscidində 1999-cu il təvəllüdlü Nəcəfli Toğrul Vilayət oğlu həmyaşıdları ilə mübahisə edib. Nəticədə o, döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
03 May 2024 17:14