adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Noyabr 2016 11:27
131558
AVTOMABİL

Bakıda maşınların yeni üsullarla kreditinə başlanıldı

Rəsmiləşdirilməmiş, satıcı ilə alıcıarasında razılaşdırılmış kreditlər. Yəni alıcı avtomobili sahibindən kreditləgötürür və ödənişi də elə ona edir.

Avtomobilin nağd satışı 8000 manatdır.Lakin ilkin ödəniş 4000 manat etməklə, 24 aylıq kreditlə də avtomobili almaqmümkündür. Söhbət hər hansı bankla bağlanmış kredit müqaviləsindən getmir. Bukrediti avtomobil sahibləri özləri təklif edirlər. Avtomobil satışı saytlarındakifayət qədər bu cür kredit elanları görmək mümkündür. Məsələ bundadır ki, beləhalda alıcı ilə satıcı arasında heç bir rəsmi sənədləşmə getmir. Satıcı ilkinməbləği aldıqdan sonra alıcıya sadəcə müvəqqəti etibarnamə verəcəyini deyir.

Müvəqqəti etibarnamə isə heç də avtomobiləmülkiyyət hüququ vermir. Sahibi istənilən vaxt onu ləğv elətdirə bilər.Hüquqşünas Asif Abdullayev qeyd edir ki, nəqliyyat vasitəsi ilə əlaqəliistənilən müqavilə Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçməlidir.